"İnter"in baş məşqçisi Simone İnzagi İtaliya çempionatının 6-cı turunda "Sassuolo"dan aldıqları məğlubiyyətdən (1:2) - "qara-göylər"in 2023/2024 mövsümündəki ilk yenilgisindən danışıb.
Fanat.Az xəbər verir ki, o, fikirlərini Milan təmsilçisinin rəsmi saytına bölüşüb:
“Biz keyfiyyətli komandaya qarşı yaxşı ilk yarı keçirdik. Yaratdığımız fürsətləri nəzərə alsaq, daha çox qol vurmalı idik. İkinci hissəyə yaxşı başlasaq da, ritmi qoruya bilmədik. Sonra Berardi qol vurdu və biz soyuqqanlılığımızı itirdik. Halbuki ilk 45 dəqiqədə boşluqları yaxşı bağlayırdıq. Onlara cəmi iki əks-hücum imkanı verdik.
Təəssüf ki, lazımınca mübarizə aparmadıq. Elə oyunlar var ki, hər şey sizin əleyhinizə gedir... "Sassuolo" kimi komandaya qarşı soyuqqanlılığı itirmək istər-istəməz çətinliklər yaradır. Berardi amilini də unutmayaq. Onun ustalıq səviyyəsi çox yükəkdir. Əla qol vurdu".
Qeyd edək ki, 6 tura 15 xal toplayan "İnter" məğlubiyyətə rəğmən, lider mövqeyində qalıb.
Nihat