"Real Madrid" rəhbərliyi komandanın yarımmüdafiəçisi Eduardu Kamavinqa barədə yekun qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "Relevo" yayıb.
Xəbərə görə, "Kral klubu" indiki anlaşmasının müddəti 2027-ci ilə qədər nəzərdə tutulan Kamavinqa ilə daha yaxşı maddi şərtlər fonunda müqavilə yeniləmək niyyətindədir. Mənbə hazırda tərəflərin danışıqları davam etdirdiyini və ortaq məxrəcə gəlməyə yaxın olduqlarını vurğulayıb.
Qeyd edək ki, "Real" Fransa millisinin üzvünü 2021-ci ildə "Renn"dən transfer edib. İspaniya nəhəngi bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəyib.
Nihat