"Atletiko Madrid"in baş direktoru Migel Anxel Gil "Real" Madrid"i hakimlərə təzyiq göstərməkdə ittiham edib.
Fanat.Az xəbər verir ki, "Marca" klub funksionerinin dediklərini belə çatdırıb.
“Onlar yarış mübarizəsini saxtalaşdırır və hakimlər üçün dözülməz şərait yaradırlar. “Real”ın hakimlərə qarşı istifadə etdiyi arqumentlər, ciddi və yarışın gedişinə təsir edən bir şey olmasaydı, gülməli olardı”.
Qeyd edək ki, İspaniya La Liqasının 7 turundan sonra “kral klubu" 18 xal toplayıb və turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Atletiko” isə 13 xalla 5-ci yerdədir. Tərəflərin ötən həftə baş tutan son duelində "Atletiko" "Real"ı 3:1 hesabı ilə məğlub edib.
Mirağa