“Lill”in baş məşqçisi Paulu Fonseka “Kristal Pelas”a başçılıq edə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı “The Sun” yayıb.
Mənbənin məlumatına görə, London klubunun rəhbərliyi 50 yaşlı portuqaliyalını komandanın hazırkı baş məşqçisi Roy Hocsonu əvəzləməyə əsas namizəd hesab edir. Fonsekanın da İngiltərə Premyer Liqasında çalışmaqda maraqlı olduğu qeyd edilir.
"Kristal Pelas" Premyer Liqanın bu mövsümünsə yeddi turunda 11 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Fonsekanın rəhbərlik etdiyi "Lill" isə Fransa Liqa 1-də 6 oyunda səkkiz xal əldə edərək 11-ci yerdədir.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis daha əvvəl "Roma", "Şaxtyor", "Braqa" və "Portu" kimi klublarda da çalışıb.
Mirağa