Polşa millisinin və "Barselona"nın hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanı çempionatı klublarının maraq dairəsindədir.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es" yayıb.
Mənbənin məlumatına görə, adı açıqlanmayan bir neçə Səudiyyə klubu ulduz bombardiri transfer etmək istəyir.
Xatırladaq ki, Levandovski yay transfer pəncərəsində də Səudiyyə Ərəbistanından şirnikləndirici təkliflər alsa da, bundan imtina etmişdi.
Onun transfer qiyməti 30 milyon avro qiymətləndirilir.
İspaniya çempionatının cari mövsümündə Robert səkkiz oyun keçirib, beş qol vurub və üç məhsuldar ötürmə edib.
Mirağa