"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen haqda danışıb.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis "Barselona"ya aid sənədli film haqqında "Prime Video"ya belə deyib:
"Mən həmişə demişəm ki, Ter Ştegen ayaqla istənilən La Liqa komandasındakı oyunçulardan daha yaxşı oynayır".
Bu mövsüm 31 yaşlı qolkiper bütün turnirlər daxil olmaqla 9 oyun keçirib, 8 qol buraxıb və 5 dəfə qapısını toxunulmaz saxlaya bilib. Səkkiz turdan sonra "Barselona" İspaniya çempionatının turnir cədvəlində lider "Real Madrid"dən cəmi bir xal geri qalaraq ikinci yeri tutur.
Mirağa