"Arsenal"ın müdafiəçisi Vilyam Saliba maraqlı açıqlama ilə günədəmə gəlib.
Fanat.Az xəbər verir ki, "Evening Standard" Salibanın sözlərini belə çatdırıb:
"Təəssüf ki, ötən mövsümün gedişində zədələndim. Məlum məsələdir, xəsarət aldığım üçün bir qədər üzgün idim. Ancaq indi yeni mövsümdəyik və yeni hədəflərimiz var. Daha yaxşı çıxış edəcəyimizə ümidliyəm. Sirr deyil ki, zədələnməsəydim, "Arsenal" çempion ola bilərdi. Ancaq zədələr də futbolun bir hissəsidir və bəzən qaçılmazdır. Hazırda hər şey geridə qalıb və biz yüksək hədəflərə köklənmişik".
Xatırladaq ki, "Arsenal" ötən mövsümün sonlarına qədər turnir cədvəlinin ilk pilləsində mövqe tutsa da, yekunda zirvəni "Mançester Siti"yə vermək məcburiyyətində qalmışdı.
Nihat