Bu yay "Yuventus"dan ayrılaraq azad agent qimində "Benfika"ya qoşulan Anxel Di Mariya Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində bu gün Milan "İnter"inə qarşı keçirəcəkləri səfər matçından danışıb.
Fanat.Az xəbər verir ki, argentinalı vinger fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"Bizi yüksək səviyyəli futbolçulardan ibarət komandaya qarşı çox çətin oyun gözləyir. Onların təhlükəli, matçın taleyini həll etməyə qaidr oyunçularının sayı çoxdur. Ancaq biz də müsbət nəticə qazanmaq üçün bütün gücümüzü səfərbər edəcəyik".
Qeyd edək ki, "İnter" - "Benfika" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat