Bu yay PSJ-dən ayrılan Kristof Qaltye məşqçilik fəaliyyətini Qətərdə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Qaltye və "Əl-Duhail" klubunu idarəçiləri dünən razılığa gəliblər.
Xatırladaq ki, daha öncə Fransa mətbuatında 57 yaşlı mütəxəssisin "Olimpik Marsel"lə danışıq apardığı, lakin tərəflərin ortaq məxrəcə gələ bilmədiyi barədə məlumatlar dərc olunmuşdu.
Nihat