"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel komandanın 18 yaşlı hücumçusu Matis Tel barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, alman mütəxəssisin dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən belə çatdırıb:
"Matis getmək istəmədi. O, qalmağı və mübarizə aparmağı üstün tutdu. Telin cəmi 18 yaşı olsa da, çox yaxşı məşq edir, komandadakı roluna düzgün yanaşır və sanki deyir: "Mən buradayam və bunu edəcəm".
Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən oyunun - "Kopenhagen" - "Bayern" matçının 73-cü dəqiqəsində meydana çıxan Tel 83-cü dəqiqədə komandasının qələbə qoluna imza atıb.
Nihat