Almaniya millisinin sabiq futbolçusu Miroslav Kloze öz dövründəki futbolla indikini müqayisə edib.
Fanat.Az "Football Tweet"ə istinadən xəbər verir ki, peşəkar karyerasını 2016-cı ildə bitirən forvard belə danışıb:
"Bu gün gənc futbolçular başqa şeylər haqda düşünürlər. Uşaq vaxtı mən sevdiyim idman növündə özümə yer tapmaq üçün məşq edirdim. Həm "Latsio"da, həm də milli komandada zədələrdən qaçmaq üçün hər məşqdən sonra buzla doldurulmuş vannada uzanırdım. Ancaq gənclər bu prosedurdan imtina edirdilər. Onlar məşqlərin gedişində topları kisələrə atdığımı görəndə təəccüblə soruşurdular: "Bunu sənə kim tapşırıb?". Mən isə belə cavab verirdim: "Sənin 20 yaşın var və 60 yaşlı inzibatçıya kömək etmək istəmirsən?" Həmin gəncləri butsların getrlərlə nə dərəcədə uyğun gəldiyi daha çox maraqlandırırdı.
Mən gördüyüm futbol daha yoxdur. İndiki gənclər öncə avtomobillər, sponsorlarla müqavilələr və bustlar barədə xəyallar qururlar. Futbol isə bütün bunlardan sonra gəlir. Onlar üçün imic ən əsasdır. Amma mənim üçün ən önəmlisi təmiz futbol idi".
Nihat