"Real Madrid"in ulduzu Vinisius Juniorun adı daha bir qalmaqallı hadisəyə qarışıb.
Fanat.Az xəbər verir ki, Valensiyanın “Superdeporte” qəzeti ötən mövsümün səs-küylü hadisələri ilı bağlı öz versiyasını təqdim edib.
Vinisiusu "yalançı" adlanıran nəşrin üz səhifəsi təhqiredici bir rəsmlə bəzədilib. Belə ki, braziliyalıya "yalançı" - "Pinokkio burnu" quraşdırılıb.
"Real Madrid" artıq buna görə qəzetdən üzr istəməsini tələb edib. Madriddə işə belə yanaşmağın cinayət olduğunu bildirilib.
Mirağa