"Barselona"nın baş məşqçisi Xavi komandanın 35 yaşlı hücumçusu Robert Levandovskidən danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" 43 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
"Mənim oyun fəlsəfəm dəyişmir. Levandovski universal oyunçudur və rəqibləri qorxuya salmağa davam edir. O, mərkəz müdafiəçilərini həmişə təzyiqdə saxlayır, onlara kifayət qədər ciddi problemlər yaradır. Onu əvəzləyəcək forvardın bu işləri Levandovski qədər yaxşı görə bilməsinə çalışacağıq. Ancaq bu, çətin məsələdir. Robert kimi dünya səviyyəli futbolçunu əvəz etmək asan deyil".
Xatırladaq ki, Levandovski Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun oyununda - "Portu" ilə səfər matçında (1:0) sol topuğundan ciddi xəsarət alaraq qeyri-müəyyən müddətə sıradan çıxıb.
Nihat