FİFA-nın sabiq prezidenti Yozef Blatter 2030-cu ildə dünya çempionatının üç qitə və altı ölkədə keçirilməsi qərarını tənqid edib.
Fanat.Az xəbər verir ki, "Blick" onun dediklərini belə çatdırıb:
"Turniri bu şəkildə parçalamaq absurddur. Bundan əlavə, tarixi uzlaşmaya əsasən, 2030-cu ildə keçiriləcək dünya çempionatı yalnız Cənubi Amerikada təşkil edilməlidir. Mundialın final mərhələsi kompakt tədbir olmalıdır”.
Xatırladaq ki, DÇ-2030-a altı ölkə ev sahibliyi edəcək: İspaniya, Portuqaliya, Mərakeş, Paraqvay, Argentina, və Uruqvay. Cənubi Amerika ölkələrində dünya çempionatının yalnız ilk üç matçı baş tutacaq. FİFA-nın bu qərarı 2030-cu ildə ilk dünya çempionatının Uruqvayda təşkil olunmasından düz 100 il keçəcəyi ilə əlaqədardır.
Nihat