İsveç çempionatında 26-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” səfərdə “Varberq”lə üz-üzə gəlib.
Futbolçumuzun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.
Oyuna start "11-lik"də başlayan Musa 69-cu dəqiqədə əvəzlənib.
“Yurqorden” hazırda 46 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.