Azərbaycan yığmasının üzvü Mahir Emreli Almaniyanın II Bundesliqa təmsilçisi "Nürnberq"də debüt edib.
Fanat.Az xəbər verir ki, o, "Herta" ilə matçın 39-cu dəqiqəsində meydana daxil olub.
Meydana ehtiyatdan daxil olan Mahir zədələnən Benyamin Qolleri əvəzləyib.
Futbolçumuzun debütü uğurlu alınmayıb. "Nürnberq" doğma meydanda rəqibinə 0:2 uduzub. Mahir matça əlavə olunmuş dəqiqələrdə aldığı sarı vərəqə ilə yadda qalıb.