"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti La Liqanın 9-cu turunun oyununda - "Osasuna" ilə matçda (4:0) dubl edən Cud Bellingemdən danışıb.
Fanat.Az xəbər verir ki, "The Atletic" italiyalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Bellingemdən daha çox qol gözləyirəmmi? Əsas odur ki, "Real" Cud kimi möhtəşəm futbolçunu heyətinə qata bildi. Buna görə çox şadıq. O, sakitliyini qoruyur və öz oyununu oynayır. Cud bilir ki, hamı onun mərkəz hücumçusu olmadığını anlayır. Yəni Bellingemin əsas missiyası qol vurmaq deyil. O, pleymeykerdir, mərkəz yarımmüdafiəçisidir. Vaxt gələcək ki, komanda üçün fərqli işlər görəcək".
Qeyd edək ki, 20 yaşlı Bellingem bu mövsüm "Kral klubu"nun forması ilə bütün turnirlərdə 10 oyuna çıxaraq 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat