Dünən ABŞ təmsilçisi "Di-Si Yunayted"dən ayrılan Ueyn Runinin yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, 37 yaşlı mütəxəssis Çempionşip təmsilçisi "Birmingem Siti"yə baş məşqçi təyin ediləcək. İngiltərə millisinin sabiq forvardının bu gün istefaya göndərilən Con Yustasın yerini tutacağı vurğulanıb.
Qeyd edək ki, 11 tura 18 xal toplayan "Birmingem Siti" Çempionşipin turnir cədvəlində 6-cı pillədə mövqe tutub. Sözügedən kollektiv növbəti turda "Midlsbro" ilə üz-üzə gələcək.
Nihat