Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundakı gələcəyi ilə bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı jurnalist Əli Əl-Hərbi yayıb.
Xəbərə görə, 38 yaşlı portuqaliyalı hücumçu müqaviləsinin müddətini 2027-ci ilə qədər uzatmaq niyyətindədir və bu planını klub rəhbərliyinə çatdırıb. Mənbə Kriştianunun 2026-cı ildə keçiriləcək dünya çempionatında da oynamaq istədiyini vurğulayıb.
Qeyd edək ki, Ronaldu bu ilin yanvarından “Əl-Nəsr”in formasını geyinir.
Nihat