İspaniyanın təcrübəsinə nəzər salan İtaliya da Superkuboku final dördlük formatında keçirmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, təşkilatçılar turniri yanvarın sonunda İtaliyada deyil, Səudiyyə Ərəbistanında keçirməyi planlaşdırıb.
İştirakçılar "Napoli", "Latsio", "İnter" və "Fiorentina" olmalıdır.
"La Gazzetta dello Sport"un iddiasına görə isə, "Napoli" və "Fiorentina" Superkuboku boykot edəcək. Bu klubların prezidentləri təhlükəsizlik problemlərini və avrokubokların pley-off mərhələsinin başlamasının yaxın olduğunu əsas gətirərək, turnirin İtaliyada keçirilməsini istəyirlər.
Belədə, İtaliya Superkubokunda “Napoli” və “Fiorentina”nı “Milan” və “Atalanta” əvəzləyə bilər.
Mirağa