Belçika millisinin və "Real Madrid"in sabiq futbolçusu Eden Hazar peşəkar karyerasına son qoyub.
Fanat.Az xəbər verir ki, daha çox "Çelsi"dəki oyunu ilə yadda qalan Eden bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Vaxtında "dur" deməyi bacarmaq lazımdır. 16 il ərzində çıxdığım 700-dən artıq matçdan sonra peşəkar futbolçu karyerama son qoymaq qərarına gəldim. Tanınmış klublarda, böyük turnirlərdə oynamaq arzumu reallaşdırdım. Karyeram ərzində əla insanlarla - məşqçilərlə, menecerlərlə, komanda yoldaşlarımla tanış olmaq imkanı qazandım. Formasını geyindiyim klublara - "Lill", "Çelsi" və "Real Madrid"ə xüsusi minnətdarlığımı çatdırıram. Əlbəttə ki, Belçika millisinə də... Dostlarıma, doğmalarıma, yaxşı və pis anlarda yanımda olan insanlara təşəkkür edirəm. Mənə oynadığım ölkələrdə dəstək verdiyiniz üçün çox sağ olun, fanatlarım. Sevimlilərdən zövq almaq və yeni duyğular yaşamaq zamanı yetişdi. Tezliklə meydandan kənarda görüşərik".
Nihat