İspaniya millisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyas İspaniya Kral Futbol Federasiyasının prezidenti olmaq təklifi alıb.
Fanat.Az xəbər verir ki, məşhur futbol veteranı "Mundo Deportivo"ya açıqlamasında təklifi rədd etdiyini deyib:
"Bir vaxtlar bu posta namizəd idim. Amma indi qərara gəldim ki, yenidən bu fikrə düşməyəcəm. RFEF-in gördüyü heç bir işə xüsusi dəyər vermirəm".
Xatırladaq ki, Kasilyas 2020-ci ildə sözügedən qurumun prezidentliyinə namizədliyini irəli sürmüş, lakin koronavirus pandemiyasından sonra seçimlərdə iştirakdan imtina etmişdi.
Nihat