Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov UEFA İcraiyyə Komitəsindən xaric edilə bilməz.
Fanat.Az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidmətindən Polşanın "Sport" portalının sorğusuna cavab olaraq bildirilib.
Açıqlamada deyilir ki, qurumun 2022-ci ilin fevral ayının sonunda Rusiya futboluna qarşı sanksiyalarla bağlı qəbul etdiyi qərar UEFA-da çalışan Rusiya rəsmilərinə şamil edilmir.
Eyni zamanda, UEFA-nın vitse-prezidenti Zbiqnev Boniek qeyd edib ki, İcraiyyə Komitəsi üzvlərinin əksəriyyətinin Aleksandr Dyukovun istefasını dəstəkləməsi ehtimalı azdır. Rus funksionerin xaric edilməsi üçün komitə üzvlərinin üçdə ikisi səs verməlidir. Əksəriyyətin belə bir petisiyaya dəstək verəcəyini inandırıcı deyil.
Mirağa