İspaniyanın "Kordova" klubunun 18 yaşlı futbolçusu Alvaro Prieto 3 gün yoxa çıxıb.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Alvaronu son dəfə Sevilyadakı Santa-Xusta vağzalında Kordovaya gedən qatara minməyə hazırlaşarkən görüblər.
Mənbə həmin vaxtdan sonra oyunçunun heç kimlə əlaqə saxlamadığını diqqətə çatdırıb. Xəbərə görə, Prieto son dəfə olduğu ərazidə kameralara da düşməyib. Futbolçunun anasının oğlunun oğurlanmasından şübhələndiyi bildirilib.
Nihat