Bir sıra Rusiya klublarında çıxış etmiş serbiyalı hücumçu Corce Despotoviç vətəndaşlığını dəyişir.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçunun agenti Yuri Qorbenko "Match TV"-yə bildirib.
O, Despotoviçin Rusiya vətəndaşlığını almaq üçün ilin sonunda müvafiq sənədləri təqdim edəcəyini bildirib:
"Corce Rusiya Federasiyasının vətəndaşı kimi pasport almaq niyyətindədir, çünki onun rus arvadı və uşağı var. İlin sonunda vətəndaşlıq üçün müraciət edəcək. Karyerasına gəlincə, o, indi komandasızdır. Moskvada məşq edərək fiziki hazırlığını təkbaşına saxlayır. Qışda o, komandalardan biri ilə təlim-məşq toplanışına getməyi planlaşdırır. Despotoviçin adını yenə eşidəcəksiniz”.
31 yaşlı Despotoviç karyerasına 2018-ci ildə Rusiyada "Orenburq"da başlayıb, daha sonra 2020-ci ildə "Rubin"ə keçib. Son klubu bu ilin iyulunda tərk etdiyi Tula "Arsenal"ı olan futbolçu Serbiyanın əsas millisində oynamayıb. O, U-21 millisində 12 oyun keçirib.
Despatoviç ümumilikdə Rusiya Premyer Liqasında 88 oyun keçirib, 28 qol vurub və 10 məhsuldar ötürmə edib.
Mirağa