Trevo Çaloba yanvarda "Çelsi"ni tərk edəcək.
Fanat.Az xəbər verir ki bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edərək məlumat yayıb.
Onun məlumatına görə, müdafiəçi ehtiyat oyunçular skamyasında oturmaq yox, daimi oynamaq istəyir. Maurisio Poçettino isə ona bu zəmanəti verməyə hazır deyil.
Xəbərə görə, "Bayedn Münhen" Çaloba ilə yaxından maraqlanır.
İngilis mərkəz müdafiəçisi bu mövsüm London təmsilçisinin heyətində rəsmi oyun keçirməyib.
Mirağa