Şotlandiya klubu "Reyncers"də yeni baş məşqçi təyinatı rellaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Şotlandiya nəhəngi Filipp Klemanla anlaşıb. Onunla 4 illik müddətə müqavilə imzalanıb.
Bu iyay "Monako"dan ayrılan 49 yaşlı belçikalı mütəxəssis məşqçi karyerası ərzində "Brügge", "Vaasland-Beveren", "Genk" klublarını da çalışdırıb.
Qeyd edək ki, “Reyncers” hazırda Şotlandiya çempionatında 2-ci yerdə qərarlaşıb.