İspaniya millisinin müdafiəçisi Daniel Karvaxal AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən matçdan - Norveç yığmasını səfərdə 1:0 hesabı ilə yendikləri qarşılaşmadan danışıb.
Fanat.Az xəbər verir ki, "Goal" "Real Madrid"in futbolçusunun dediklərini belə çatdırıb:
"Bura qələbə üçün gəlmişdik. Yaxşı oyun keçirdik. Onlar bizə demək olar ki, qol vəziyyətləri yaratmaq imkanı vermədilər. Ancaq biz istəyimizə çatdıq və evə AÇ-yə vəsiqə ilə qayıdırıq.
Erlinq Holanddan danışsaq, biz müdafiədə hamımız, Simondan tutmuş Morataya qədər çox kompakt təsir bağışladıq və onun bir dənə rahat top almasına imkan vermədik. Mərkəz müdafiəçilərinin işini tərifləyin, çünki fantastik çıxışla diqqət çəkdilər".
Nihat