"Real Sosyedad"ın yapon yarımmüdafiəçisi Takefusa Kubo "Mançester Yunayted"in Avropa Liqasının oyununda məğlub etdikləri (1:0) matçdan öncə sabiq komanda yoldaşı David Silvanın San-Sebastyan təmsilçisinin digər oyunçularına necə motivasiya verdiyini açıqlayıb.
Fanat.Az-ın məlumatına görə, "Marca" Kubonun dediklərini belə çatdırıb:
"Yaxşı xatırlayıram, Maq (David Silvanın ləqəbidir - red.) bizə dedi ki, "Mançester Yunayted"i udsaq, komandanı şam yeməyinə dəvət edəcək. O, adətən belə etmir. Amma bu vədindən sonra "Mançester Siti" və "Mançester Yunayted" arasındakı əzəli rəqabətin nə demək olduğunu daha yaxşı anladım. Həmin vaxt "qırmızı şeytanlar" bizdən bir baş üstün idilər. Lakin Davidin vədi sayəsində onları yendik".
David Silva 2010-2020-ci illər aralığında "Mançester Siti"nin formasını geyinib.
Xatırladaq ki, ötən il keçirilən qarşılaşma AL-in qrup mərhələsinin 1-ci turuna təsadüf edib və "Real Sosyedad" MY-ni "Old Trafford"da üstələyib.
Nihat