"Liverpul"un yeni transferlərindən olan Rayan Qravenberx komanda yoldaşları arasında kimin onu daha çox təəccübləndirdiyini deyib.
Fanat.Az xəbər verir ki, niderlandlı oyunçu fikirlərini klubun rəsmi saytına bölüşüb:
"Məni daha çox Dom (Dominik Soboslainin ləqəbidir - red.) təəccübləndirir. Bu oğlanın zərbələri ağlasığmazdır. Bəzən məşqlərdən sonra onunla qapıya zərbələr üzərində əlavə çalışırıq. Dom bütün cəhdlərini uğurla tamamlayır. Dəlilikdir! Nə vurursa, hamısı qapıdadır. Hə, Dominik, mən onun adını çəkəcəm".
Xatırladaq ki, Soboslai "Liverpul"a bu yay "RB Leyptsiq"dən transfer olunub.
Nihat