Qətərin "Əl-Ərəbi" klubunun futbolçusu Marko Verratti karyerası ilə bağlı planlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu barədə "Rete8"-ə danışıb:
dan danışıb.
“Karyeramı bitirməzdən əvvəl “Peskara”ya qayıdacağam. Orada oynamağı planlaşdırıram. Bunu dostlarım və ailəm üçün edəcəm. İndi isə "biancazurri"nin oyunlarını televizorda izləyirəm. Həm də müntəzəm”.
Qeyd edək ki, İtaliya millisinin yarımmüdafiəçisi peşəkar karyerasına “Peskara”da başlayıb. 2012-ci ilin iyulunda o, PSJ-yə keçib və burada 11 ildən çox oynayıb.
Mirağa