İtaliyanın "İnter" klubu 2024-cü ilin yanvarında reallaşdıracağı ilk transferi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı məşhur "Tuttosport" yayıb.
Boş oturmayan "neradzurrilər" "Montsa"nın yarımmüdafiəçisi Andrea Kolpaninin keçidini rəsmiləşdirməyə hazırlaşır.
Milan klubu artıq 24 yaşlı yarımmüdafiəçi üçün transfer sorğusu hazırlayıb. Müqavilə yanvarda baş tutacaq.
Kolpani cari mövsümdə A Seriyasında 8 oyun keçirib. "Montsa"nın futbolçusu bu görüşlərdə dörd qol vurmağı bacarıb.
Mirağa