Bundestaqın millət vəkili Yohannes Ştayniger "Bayern Münhen" rəhbərliyini İsrail - Fələstin münaqişəsində fələstinliləri dəstəkləyən müdafiəçi Nussayr Mazrauini qovmağa səsləyib.
Fanat.Az xəbər verir ki, Ştayniger şəxsi "X" hesabı üzərindən belə bir paylaşım edib:
"Millətçilərin "yəhudi klubu" adlandırdığı, Kurtua Landauerin ( Landauer ХХ əsrdə "Bayern"in prezidenti olub - red.) klubu hər şeyin belə qalmasına izn verə bilməz. Hörmətli "Bayern", zəhmət olmasa, Mazrauini dərhal qovun. Onun ölkədən getməsi üçün Almaniya dövlətinin bütün imkanlarından istifadə ediləcək".
Qeyd edək ki, Nussayr Mərakeş millisinin futbolçu və məşqçi heyətinin Afrika Kubokuna qədər keçirdikləri matçlarda qazandıqları bütün bonusları fələstinlilərə bağışlayacaqlarını deyib. Arxa xətt oyunçusu Fələstinə humanitar dəstək də vəd edib.
Nihat