"Milan"ın sahibi Cerri Kardinale "qırmızı-qaralar"ın sabiq forvardı Zlatan İbrahimoviçin klubda vəzifə tutmasını istədiyini deyib.
Fanat.Az xəbər verir ki, Kardinalenin dediklərini şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira belə çatdırıb:
"İbrahimoviçlə klubdakı rolu barədə danışmışam. Zlatan kimi insanın mənim baş məsləhətçim ola, komandaya öz liderlik keyfiyyətləri ilə kömək edə bilər".
Xatırladaq ki, İbra karyerasını bitirdiyini bu yay açıqlayıb. O, "Milan"dan başqa, "Malmö", "Ayaks", "Yuventus", "İnter", "Barselona", PSJ, "Mançester Yunayted" və "Los Anceles Qelaksi"nin də uğurları üçün çalışıb. Ümumilikdə karyerası ərzində 819 oyuna çıxan Zlatan bu qarşılaşmalarda 493 qol və 201 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat