"Sanderlend"in yarımmüdafiəçisi Cob Bellinqhem qardaşı Cudun oynadığı "Real Madrid"ə keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.
18 yaşlı futbolçu da Cud kimi, karyerasına "Birmingem"də başlayıb və bu ilin iyulunda 1,75 milyon avroya "Sanderlend"ə keçib.
"Sanderlend"in yarımmüdafiəçisi bu yaxənlarda Monteneqro ilə oyun üçün (0:0) İngiltərənin U-19 millisinə çağırılıb. "Real"ın prezidenti Florentino Peres klubun skautlarına "balaca Bellinqem"in oyununu birbaşa stadiondan izləməyi tapşırıb. Bu görüşdə Cobun matçın ən yaxşı oyunçusu olduğu qeyd edilir. Onun bir çox cəhətdən, xüsusilə də oyun tərzi baxımından qardaşına bənzədiyi bildirilir.
Hazırda "Transfermarkt" Cob Bellinqemin transfer dəyərini 5 milyon avro qiymətləndirir.
O, bu mövsüm "Sanderlend"in heyətində Çempionşip və Liqa Kubokunda 12 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.
Mirağa