Məşhur italyan müdafiəçisi Leonardo Bonuççi futbol matçlarına mərc etməkdə ittiham olunan keçmiş komanda yoldaşı Nikolo Facolinin işinə görə ciddi cəza ilə üzləşə bilər.
Fanat.Az xəbər verir ki, şok informasiyanı "La Repubblica" yayıb.
Mənbənin məlumatına görə, polis araşdırması nəticəsində polis müəyyən edilib ki, Bonuççi Facolinin qanunsuz mərc oyunları ilə məşğul olmasından xəbərdar olub. Lakin Leonardo bu barədə aidiyyatı orqanlara məlumat verməyib. Buna görə onu altı ay müddətinə diskvalifikasiya gözləyir.
Bonuççi hazırda "Union Berlin"in oyunçusudur. 36 yaşlı müdafiəçi yay transfer pəncərəsində Almaniya klubuna keçərək 2023/2024 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Mirağa