"Qalatasaray"ın idman direktoru Cenk Ergün İtaliya mətbuatına "aslanlar"ın 30 yaşlı argentinalı hücumçusu Mauro İkardinin oyunu ilə bağlı təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, "Gazzeta.it" klub funksionerinin dediklərini belə çatdırıb:
“Mənim üçün o, fenomendir. “Qalatasaray”da olduğum müddətdə gördüyüm ən güclü oyunçulardan biridir. O, topu görmür, hiss edir. Bu xüsusiyyət yalnız ən yaxşı qolçularda var. İtaliyada hamınız Maurodan daha az qol vuran və "İnter" daha az rəqabət şərtlərində oynayan Lautaro Martinez üçün dəlisiniz. Lautaro sizin üçün nədirsə, İkardi ondan daha güclüdür”.
Qeyd edək ki, İstanbul nəhəngi İkardini 2023-cü ilin iyulunda PSJ-dən 10 milyon avroya alıb. Əvvəlki mövsümdə o, "Qalatasaray"da icarə əsasında çıxış edib.
Bu mövsüm bütün turnirlərdə 14 matçda iştirak edən ulduz futbolçu 12 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa