Mərc oyunlarında iştirak etdiyi üçün 7 ay müddətinə futboldan kənarlaşdırılan Nikolo Facoli düşdüyü vəziyyət barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Yuventus"un yarımmüdafiəçisinin dediklərini şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Etdiyim səhvdən sonra "Yuventus" tərəfdarlarından və bütün futbol azarkeşlərindən üzr istəmək barədə düşünürəm. Ancaq məni qəzetlərdə dərc edilən yalan məlumatlar şoka salır. Bu, yalnız məni gözdən salmaq üçün edilir. Tezliklə təfərrüatları açıqlayacam".
Bu mövsüm İtaliya A Seriyasında 6 oyuna çıxan Facoli 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat