“Roma”nın iranlı hücumçusu Sərdar Azmun mərc oyunlarında iştirak edib.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Korona sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin məlumatına görə, o, paytaxt komandasının ev oyunlarını keçirdiyi "Stadio Olimpiko" arenasının tribunasında olarkən, klubunun oyunlarından biri zamanı at yarışına pul qoyuluşu edib.
Bununla belə, Azmun futbola mərc etmədiyi üçün cəzalandırılmayacaq. Onun barəsində heç bir araşdırma aparılmır.
Qeyd edək ki, "Bayer Leverkuzen"in sahibi olduğu Azmun "Roma"da icarə əsasında çıxış edir.
Mirağa