Braziliya millisi DÇ-2026-nın Cənubi Amerika seçmə mərhələsinin dördüncü mərhələsində Uruqvaya məğlub (0:2) olub.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, bununla da "pentakampeonlar"ın uzun məğlubiyyətsizlik seriyası başa çatıb.
Braziliya 8 ildi ki, dünya çempionatının KONMEBOL zonasında seçmə mərhələ oyunlarında məğlub olmurdu.
"Sambaçılar" bu müddətdə ardıcıl 37 oyunda rəqiblərinə boyun əyməmişdilər. Seriya 28 qələbə və 9 heç-heçədən ibarət idi.
Braziliya dünya çempionatının seçmə turnirində əvvəlki məğlubiyyətini 9 oktyabr 2015-ci ildə Çili ilə səfər oyununda (0:2) almışdı.
Mirağa