AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində dünən öz meydanında İtaliya seçməsini 3:1 hesabı ilə yenən İngiltərə millisinin hücumçusu Harri Keyn rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, "Umbli"dəki matçda komandasının qələbəsinə 2 qolla yardımçı olan "Bayern Münhen"in forvardı bu stadionda vurduğu qolların sayını 24-ə çatdırıb.
Beləliklə, o, "Uembli"də 23 dəfə rəqib qapılarına yol tapmış əfsanəvi Bobbi Çarltonu geridə qoyaraq mütləq rekordçuya çevrilib.
Xatırladaq ki, Keyn "Bayern"ə bu yay "Tottenhem"dən transfer olunub. Cari mövsüm Münhen təmsilçisinin forması ilə 7 Bundeliqa matçına çıxan 30 yaşlı Harri 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat