"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali mərc məsələsində İtaliyanın istintaq orqanına ifadə verib.
Fanat.Az xəbər verir ki, o, qanunsuz mərc oyunlarında iştirakını etiraf edib.
Bu barədə yerli mətbuat, konkret, "Gazzetta.it" məlumat yayıb.
Mənbənin məlumatına görə, Tonali “rossoneri”nin futbolçusu olarkən "Milan"ın oyunlarına mərc etdiyini boynuna alıb. Bu səbəbdən, Sandro 12 ay müddətinə diskvalifikasiya oluna bilər.
Xatırladaq ki, Tonali ötən yay "Milan"ı "Nyukas"la dəyişib. "Sağsağanlar" onun transferi üçün 70 milyon avro ödəyib.
Mirağa