"Real Madrid"in ingiltərəli yarımmüdafiəçisi Cud Bellingem "Kral klubu" ilə bağlı planlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 20 yaşlı ulduzun dediklərini şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Həyatımın qarşıdakı 10-15 ilində "Real"da qalmaq istəyirəm. Bura mənim olmaq istədiyim yerdir. "Real" xoşuma gəlir".
Qeyd edək ki, Bellingem "Real"a bu yay Dortmund "Borussiya"sından transfer olunub. Cari mövsüm İspaniya La Liqasında 8 matça çıxan Cud 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat