DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində baş tutan matçda - Uruqvay seçməsi ilə oyunda (2:0) ağır zədə alan Neymar son vəziyyəti barədə danışıb.
Fanat.Az xəbər verir ki, o, şəxsi "X" hesabında belə bir paylaşım edib:
"Bu, çox kədərli, həyatımın ən pis anıdır. Güclü olduğumu bilirəm, amma bu dəfə mənə dostlarımın və ailəmin dəstəyi lazım olacaq. Zədə və əməliyyatları yaşamaq asan iş deyil. Təsəvvür edin, uzun müddət bərpa dönəminin başa çatmasını gözləyirsiniz və dörd ay sonra bu, yenidən təkrarlanır. Tanrıya inamım çox böyükdür. Mən gücümü ona verirəm ki, yeniləsin. Dəstəyinizə və xoş sözlərinizə görə təşəkkür edirəm".
Qeyd edək ki, Neymarın ön xaçvari diz bağları zədələnib.
Nihat