"Real Madrid" rəhbərliyinin mövsümün sonunda komandanı tərk edərək Braziliya yığmasında işə başlayacağı gözlənilən Karlo Ançelottinin yerinə hansı mütəxəssisi gətirmək istədiyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, "Kral klubu"nun bossları gələn ilin yayında Ançelottinin boşaldacağı postu Joze Mourinyuya tapşırmaq niyyətindədirlər. Mənbə portuqaliyalı çalışdırıcının hazırda baş məşqçisi olduğu "Roma" ilə müqaviləsinin cari mövsümün sonunda başa çatacağını və mütəxəssisin sözləşməni yeniləmədiyini də vurğulayıb.
Mourinyu İspaniya nəhənginin "sükanı arxası"nda 3 mövsüm keçirib. O, 2010-2013-cü illər aralığında paytaxt təmsilçisini çalışdırıb.
Nihat