"İnter"in yarımmüdafiəçisi Nikolo Barellanı qanunsuz mərc oyunlarına pul qoyuluşları etməkdə günahlandıran oynamaqda ittiham edən Mauritsio Petra futbolçudan üzr istəyib:
Fanat.Az xəbər verir ki, Petranın dediklərini tanınmış insayder Nikolo Skira sosial şəbəkə hesabı üzərindən belə təqdim edib:
"Barelladan səhvimə görə üzr istəyirəm. Mən onun adını səhvən çəkmişəm. Son vaxtlar onun haqqında çox danışdıqları üçün çaşmışam".
Qeyd edək ki, Barella oktyabrın 20-də onun haqqında yalan məlumatlar yayanları, adını mərc oyunları ilə yanaşı çəkənləri məhkəməyə verəcəyini deyib.
Nihat