İngiltərənin "Mançester Siti" klubu "Bayern Münhen"in istedadı Camal Musialanı transfer etməkdə maraqlıdır.
Fanat.Az xəbər verir ki, məlumatı "Football Insider" yayıb.
Mənbənin məlumatına görə, Bundesliqa nəhəngi ilə 20 yaşlı yarımmüdafiəçi arasında 2025/26 mövsümünün sonunda başa çatacaq müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar çox gərgin gedir. Əsas səbəb Camalın komandanın yeni baş məşqçisi Tomas Tuçellə ulduzunun barışmamasıdır. O, alman mütəxəssisin rəhbərliyi altında oynadığı vaxtdan özünü narahat hiss etdiyini bildirib. "Mançester Siti" isə bu durumdan yararlanmağa çalışır.
Bu mövsüm Camal Musiala "Bayern"in heyətində 9 oyun keçirib (655 oyun dəqiqəsi), 1 qol və 3 məhsuldar ötürmə edib.
Mirağa