Qazaxıstan Premyer liqasında yeni çempion müəyyənləşib.
Fanat.Az xəbər verir ki, “Ordabası” tarixində ilk dəfə ölkə çempionu olub.
Premyer Lıqanın sondan əvvəlki turunda Aleksandr Sednevin komandası Karaqandanın “Şaxtyor” klubunu 3:1 hesabı ilə məğlub edərək, titulunu təmin edib.
Bundan əvvəl "Ordabası" 2017 və 2019-cu illərdə iki dəfə üçüncü yerə yüksəlmişdi.
Mirağa