"Real Madrid"in baş direktoru Xose Anxel Sançes xorvat yarımmüdafiəçi Luka Modriçin bu qış "Kral klubu"nu tərk edərək Səudiyyə Ərəbistanına yollanacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Goal" onun dediklərini belə çatdırıb:
"Lukanın transferi ilə bağlı Səudiyyə Ərəbistanı liqasının təmsilçiləri ilə rəsmi danışıq aparmırıq. Onun qışda hansısa kluba keçidini müzakirə etmirik. Hazırda Modriçin komandadan ayrılacağı barədə heç nə bilmirik".
Xatırladaq ki, bir müddət öncə 38 yaşlı Modriç daha çox oynamaq istədiyini, amma mövcud vəziyyəti olduğu kimi qəbul etdiyini bildirmişdi.
Nihat