“Mançester Yunayted” bu yay komandadan ayrılan qapıçı David de Xeanı geri qaytarır.
Fanat.Az xəbər verir ki, məlumatı “Sun Sport” yayıb.
Xəbərə görə, İngiltərə nəhəngi kamerunlu qolkiper Andre Onananın Afrika Kubokuna yollanacağını nəzərə alaraq, 32 yaşlı ispaniyalı ilə qısamüddətli müqavilə imzalamaq istəyir.
Qeyd edək ki, David de Xeanın 2011-ci ildən "qırmızı şeytanlar"ın sıralarında olub. İspan futbolçu MY forması ilə 545 oyuna çıxaraq 590 qol buraxıb. O, 190 matçda isə qapısının toxunulmazlığını saxlayıb.